|
|
Bioqrafiya
|
|
|
Üzeyir Hacıbəyov
(Hacıbəyli) Üzeyir bəy Əbdülhüseyn oğlu (1885-1948) -
Azərbaycan bəstəkarı, musiqişünas, alim, publisist, dramaturq, pedaqoq, tərcüməçi, dirijor və içtimai xadimdir. Bütün Şərqdə ilk opera və operet- taların yaradıcısı, SSRI xalq artisti (1938), Azərbaycan Elmlər Akademiya- sının akademiki (1945), professor (1940), Stalin mükafatları laureatı (1941, 1946), Azərbaycan Bəstəkarlar Ittifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929; 1939-1948), Azərbaycan EA-da Incəsənət Institutunun direktoru (1945-1948) olmuşdur.
|
|
Üzeyir Hacıbəyov şair və yazıcıları, nəqqaş və rəssamları, bəstə- kar və ifacıları ilə məşhur olan Qarabağ torpağında dünyaya göz acmışdır. O, 1885-ci ildə sentyabr ayının 18-də Şuşa qəzasının Ağcabədi mahalında mirzə ailəsində doğulmuşdur.
|
|
|
|
Onun uşaqlıq illəri istedadlar məskəni, musiqiçilər diyarı,
Şərqin konservatoriyası adlanan, Azərbaycanın ən gözəl guşələrindən
biri olan qədim Şuşa şəhərində keçmişdir. O, ilk təhsilini
mədrəsədə almış, fars və ərəb dillərini mükəmməl
öyrənmişdir. Sonra ikisinifli Rus-Azərbaycan məktəbində sevimli
müəllimi Mirzə Mehdi Həsənzadənin köməkliyi ilə Şərqin
və Qərbin tanınmış yazıçı və şairlərinin əsərləri
ilə yaxından tanış olmuşdur. Şuşanın zəngin musiqi-ifaçılıq
ənənələri Ü. Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir
göstərmişdir. Üzeyir bəy özü yazırdı: "Mən ilk musiqi təhsilimi
uşaqlıq zamanı Şuşada, ən yaxşı xanəndə və sazəndələrdən
almışam. O vaxt mən muğam və təsnif oxuyardım. Səsim xanəndələrin
xoşuna gələrdi. Onlar məni oxudar və öyrədərdilər".
Üzeyir bəyin ilk musiqi müəllimi Azərbaycan xalq musiqisinin bilicisi, dayısı
Ağalar bəy Əliverdibəyov olmuşdur.
Ü. Hacıbəyov ilk qələm sınağını da Şuşada keçirmişdir.
Hələ 13 yaşında o, "Kitabi-məzhəkə" adlı nağıl və hekayələr
kitabı yazır, illüstrasiyaları da özü çəkirdi. "Kitabi-məzhəkə"
dostları arasında əldən-ələ gəzir. Üzeyir Hacıbəyov 13 yaşında
olarkən, 1897-1898-ci illərdə Ə. Haqverdiyevin rəhbərliyi və C. Qaryağdı
oğlunun ifasında Şuşada həvəskar aktyorlar tərəfindən tamaşaya qoyulmuş
"Məcnun Leylinin məzarı üstündə" səhnəsində xorda iştirak etmişdir.
|
|
|