top of the site
Bioqrafiya
Uzeyir Hacibeyov Qori seminariyada 1899-1904-cü illərdə Qori müəllimlər seminariyasında təhsil almışdır. Orada ümumtəhsil dərslərlə yanaşı musiqi dərsləri də keçirilirdi. Ü. Hacıbəyov seminariyada üç musiqi alətində - skripkada, violonçeldə və bariton adlanan nəfəsli alətdə çalmağı öyrənmişdir. Üzeyir bəyin seminariya dostu, əməkdar müəllim Ağəli Qasımov o illəri xatırlayaraq yazırdı: "Belə bir əhvalat hələ də yadımdadır:
mən Kaman (skripka) çalırdım. Pekker (musiqi müəllimi) isə səhvlərimi düzəldirdi. O, əsəbləşib qışqırırdı. Lakin Pekkerin bütün səyləri əbəs idi. Mən düz çala bilmirdim ki, bilmirdim. Nəticədə Pekker özündən çıxdı, özünü saxlaya bilməyib yanında duran Üzeyir Hacıbəyovu göstərib dedi: "Üç ildir çalırsan, yenə düz çala bilmirsən. Hacıbəyov isə cəmi bir ildir oxuyur, buna baxmayaraq üç çalğı alətində çalmağı bacarır". Bu da təbii ki, Ü. Hacıbəyovun fitri istedadından və zəhmətkeşliyindən irəli gəlirdi. O, seminariyanın xorunda və orkestrində də müntəzəm çıxış edirdi. Onun dünyagörüsünün formalaşmasına seminariya böyük təsir etmişdir. Seminariyada Üzeyir bəy dünya mədəniyyəti ilə yaxından tanış olmuş, Qərbi Avropa və rus musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka, violonçel və baritonda çalmağı oyrənmiş, xalq mahnılarını nota köçürmüşdür.
Uzeyir Hacibeyov Bibi-Heybet mektebinde 1904-cü ildə Qori müəllimlər seminariyasını müvəffəqiyyətlə bitirən Ü. Hacıbəyovu Cəbrail qəzasının Hadrut kəndinə müəllim təyin etmişlər. Bir il orada işdədikdən sonar 1905-ci ildə Üzeyir bəy Bakıya gəlir. O, əvvəlcə Bibi-Heybət rayonuna müəllim təyin olunur, 1908-1911-ci illərdə isə "Səadət" məktəbində dərs deyir. Bu məktəblərdə Üzeyir Hacıbəyov ana dilini,
hesabı, tarixi, rus dilini, musiqini tədris edirdi. Bir müəllim kimi Ü. Hacıbəyov Bakıda Orucov qardaşlarının mətbəəsində "Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti"ni (1907), Azərbaycan dilində "Hesab məsələləri" (1908) dərsliyini çap etmişdir.
Dərslik fikri Üzeyir bəydə Qori müəllimlər seminariyasında oxuyarkən oyanmışdı. Ü. Hacıbəyov "Tərəqqi" qəzetində (30 yanvar 1909-cu il) yazırdı: "Mən seminariyanın klasında (sinfində) idim ki, ilyarımdan sonra müəllim olacaqdı. Yazı imtahanı almaq üzrə "Mən gələcəkdə nə iş görəcəyəm" sərlövhəsi altında bir məqalə yazmağı əmr etdilər. Mən yazdım ki, məktəblərimiz üçün ana dilində tədris olmaqdan ötəri dərs kitabları tərtib edəcəyəm" Üzeyir Hacıbəyov bədii yaradıcılığına publisistika ilə başlamışdı. O, "Şərqi-rus", "Ittihad", "Həyat", "Irşad", "Tərəqqi", "Həqiqət", "Iqbal", "Yeni Iqbal", "Kaspi" və s. qəzetlərdə, "Molla Nəsrəddin"jurnalında "Ordan-burdan", "O yan, bu yan", "Dərədən-təpədən" və s. başlıqlar altında, "Filankəs", "Bir kəs","U", "Ü", "Üzeyir", "Bisavad", "Avara", "Çi" və s. (cəmi 64) gizli imzalarla, təxəllüslərlə dövrünün ictimai-siyasi həyatına, maarifçilik və mədəniyyət məsələlərinə dair çoxlu məqalə, kəskin felyetonlar, satiric miniatürlər yazmışdır. N. V. Qoqolun "Şinel" povestini Azərbaycan dilinə tərcümə etmişdir. Ümumiyyətlə, alimlərimiz Üzeyir bəyin iki mindən çox publisistik yazılarını aşkar etmişlər.
qeriyə irəli

Başlıq  Muzey  Bioqrafiya  Foto albom  Musiqi  Rəy kitabı