top of the site
Üzeyir Hacibəyovun şah əsərləri
Koroğlu
Üzeyir bəy Hacıbəyovun musiqi sahəsində əldə etdiyi uğurun ən yüksək zirvəsi "Koroğlu" operası hesab edilir. Bu operanın premyerası 1937-ci il aprel ayının 30-da Bakıda olmuşdur. 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan Incəsənəti ongünlüyündə böyük müvəffəqiyyətlə göstərilmişdir. Keçmiş SSRI-nin o zamznkı rəhbəri I. V. Stalin "Koroğlu" operasına tamaşa etdikdən sonra, əsəri çox bəyənmiş və onu "ən gözəl sovet operası" adlandırmışdır. Üzeyir bəyi hərarətli sözlərlə təbrik etmişdir. "Koroğlu" operasının məzmunu azadlıq və müstəqillik uğrunda gedən gərgin mübarizə haqqındadır. Əsərin librettosu, aşıqların kəndləri dolaşaraq danışdıqları məşhur "Koroğlu" dastanına əsaslanır. O ədalətsizliyi, zülmkar xan və bəyləri məğlub etmək üçün üsyana qalxan kasıb, alçaldılmış kəndlilərdən bəhs edir. Üzeyir bəy Hacıbəyov Sovetlər hakimiyyəti ələ almamışdan əvvəl çox məhsuldar işləyirdi. Lakin bolşeviklər gəldikdən sonra, Ü. Hacıbəyovun əsərlərinə qarşı hücumlar başlandı. O, yalnız 1930-cu illərdə yenidən böyük əsərlər yazmağa başladı. Lakin bu uzun və çətin dövr onun ən parlaq və şah əsərinin - "Koroğlu" (1937) operasının yaranmasına gətirib çıxartdı. "Koroğlu" operasını yaratdığına görə Ü. Hacıbəyov Lenin ordeni (1938), Stalin mükafatı (1941) və "SSRI Xalq Artisti" (1938) adı da daxil olmaqla Sovet Ittifaqının ən dəyərli mükafatlarına layiq görüldü.
Qeri

Başlıq  Muzey  Bioqrafiya  Foto albom  Musiqi  Rəy kitabı