"Leyli və Məcnun" müsəlman şərqində ilk opera
"Leyli və Məcnun" operasının premyerası 1908-ci il yanvarın 25-də Bakıda Tağıyev teatrında keçirilirdi. Bu əsər "Müsəlman Şərqində ilk opera" kimi tanındı.
Operanın musiqisini Üzeyir bəy Hacıbəyov yazmışdır. Premyera zamanı onun 22 yaşı var idi. Əsərin librettosu Azərbaycanın klassik şairi Fizulinin (1494-1556) "Leyli və Məcnun" poeması əsasında yazılmışdır.
Opera yaratmaq ideyası Üzeyir bəyin Qarabağın mərkəzində yerləşən Şuşa şəhərindəki (1992-ci ildə rus və erməni hərbi qüvvələri tərəfindən işğal olunub) uşaqlıq illərinə təsadüf edir. 1898-ci ildə həvəskarlar tərəfindən faciə oynanmış, 13 yaşlı Üzeyir Hacıbəyov da oğlanlar xorunda
bu tamaşada çıxış etmişdir. Bu barədə bəstəkar özü sonralar "Leyli və Məcnun"dan "Koroğlu"ya qədər" adlı məqaləsində belə yazırdı: "Leyli və Məcnun" necə yaranmışdır? Mən opera üzərində 1907-ci ildən işləməyə başlamışam; lakin məndə bu ideya xeyli əvvəl, təxminən 1897-1898-ci
illərdə, mən on üç yaşlı uşaq ikən doğma şəhərim Şuşada həvəskar aktyorların ifasında "Məcnun Leylinin məzarı üstündə" səhnəsini gördükdən sonra yaranmışdır.
Həmin səhnə məni o qədər həyəcanlandırdı ki, bir neçə ildən sonra Bakıya gəlib operaya bənzər bir şey yazmaq qərarına gəldim".
Səhnələşdirmə zamanı yaranan çətinliklər
Üzeyir bəy Hacıbəyov "Leyli və Məcnun"u səhnələşdirərkən üzləşdikləri çətinliklər haqda danışardı. Həm maliyə, həm də yaradıcı cəhətdən bir çox problem var idi. Məşqlər Islamiyyə mexmanxanasında, bəstəkarın və eləcə də ona maddi cəhətdən yardım göstərən
yeganə şəxsin Imran Qasımovun evində keçirilirdi.
Ən böyük çətinliklərdən biri o dövrdə Bakıda ciddi ifaçılıq mədəniyyətinin olmaması idi. Heç bir peşəkar aktyor-müğənni yox idi. Iki saatlıq tamaşa zamanı baş rolları ifa edə biləcək vokalçılar tapmaq asan iş deyildi. Üzeyir bəy çox çətinliklə ifaçılar tapdı.
Onlardan birincisi Içəri şəhərdə su satan Hüseynqulu Sarabski idi. Bir gün Üzeyir bəy Sarabskinin oxumasını eşitdi və səsi çox xoşuna gəldiyi üçün ona Məcnun rolunu təklif etdi.
Lakin Leyli roluna adam tapmaq daha da çətin idi. Dini ənənəyə görə qadınlara səhnədə çıxış etməyə icazə verilmirdi, kişilər isə bu rolu oynamaq istəmirdilər. Deyilənə görə, bir gün Üzeyir Hacıbəyov çayxanada oturmuşdu. Bu zaman hündür gözəl bir oğlan - Ə. Fərəcov əlində çay oxuya-oxuya onun masasına yaxınlaşdı.
Onun səsini də Üzeyir bəy bəyəndi və onu Leyli rolunda oynamağa çətinliklə də olsa razı saldı.
"Leyli və Məcnun" səciyyəvi Avropasayağı opera deyil. Çünki o orijinal formada - yəni nota alınmamış, improvizasiya şəklində ifa olunan milli Azərbaycan muğamlarına əsaslanır. Bəstəkarın göstərmək istədiyi emosional təsirdən asılı olaraq, operanın müxtəlif hissələrində müxtəlif muğamlar səslənir.
Bu operada Mahur-Hindi, Segah, Çahargah, Kürd-Şahnaz, Bayatı-Şiraz, Şüştər, Bayatı-Kürd və Qatardan istifadə olunmuşdur.
Burada Azərbaycana xas olmayan harmonik xor musiqisi də ilk dəfə verilmişdir. Xor simfonik orkestrlə müşaiyət olunur ki, bu da daha bir yenilikdir.
Premyera günü də həyəcanlı anlar yaşandı. Tamaşadan iki saat əvvəl Q. Pirimov istisna olmaqla, tarzənlər gəlmədiyindən, Üzeyir bəy skripkalar üçün bəzi partiyaları yenidən işləməli oldu və özü seminariya dostları ilə birgə orkestrdə skripkada çaldı.
Sonradan Üzeyir bəyin köməkçisi və Üzeyir Hacıbəyovun ev-muzeyinin ilk direktoru Ramazan Xəlilov (1901-1999) birinci tamaşanı xatırlayırdı. O vaxt onun yeddi yaşı vardı. O, oturduqları balkona çəkilmiş tünd rəngli torun ona səhnəni görməyə mane olduğuna görə, anasına şikayətləndiyini xatırlayır. Anası ona izah etmişdir ki, tor aşağıda teatrın
əsas mərtəbəsində oturan kişilərin qadınları görməməsi üçündür. Bunu o zamankı müsəlman adət-ənənəsi tələb edirdi.
Operanı səhnələşdirərkən meydana çıxan bütün çətinliklərə baxmayaraq Üzeyir Hacıbəyov onu uğurlu hesab edirdi. O, hiss edirdi ki, tamaşaçılar xalq musiqisi ilə müşayiət olunan klassik səhnələr üçün darıxmışdı. Opera bu gün də yaşayır və Azərbaycanda çox sevilir. O Üzeyir Hacıbəyovun qoyub getdiyi ən önəmli musiqi mirası hesab edilir.