top of the site
Muzey
Qədim Bakının köhnə məhəllələrinin birində sadə, birmərtəbəli bir ev var. Bu evdən həmişə musiqi sədaları gəlir, bu evin həmişə qonağı olur; artıq bu məhəllənin sakinləri və yolu bu küçədən düşənlər buna öyrəşiblər. İndi bütün Azərbaycan xalqının beyninə həkk olan və dilinin əzbəri olan həzin melodiyalar əsrimizin əvvəllərində bu evdə yaranmış, yaradıcı süzgəcindən keçərək pəncərələrdən ətrafa yayılmış, könülləri oxşamışdır. Bu ev dahi Azərbaycan bəstəkarı, milli peşəkar musiqimizin banisi, dünya şöhrətli Üzeyir bəy Hacıbəyova məxsus olmuşdur. Bu gün isə bu məkan sevimli bəstəkarın Xatirə Ev-muzeyi kimi bir ziyarətgaha çevrilmişdir.

25 ildən artıqdır ki, bu musiqi məbədı minlərlə insana mənəvi qida, yüksək bədii zövq, xoş əhval-ruhiyyə bəxş edir. Müxtəlif ölkələrdən, şəhərlərdən bu müqəddəs ocağa qonaq gələn müsafirlər elə ilk andaca bəstəkarın sehrkar musiqisinin tə'siri altına düşürlər. Burada nümayiş etdirilən hər bir əşyanın, maket və foto-şəklin, sənədin, məktubun, hədiyyənin öz tarixi var ki, bu da dahi bəstəkarın ömür yolu ilə, yaradıcılığı, həyatı ilə, bir sözlə şəxsiyyəti ilə tanış olmaq imkanını yaradır.

Hacıbəyovun ev-muzeyi bəstəkarın 90 illik yubileyi günlərində, 1975-ci il, noyabrın 20-də açılmışdır. Dahi bəstəkarın ruhunu yaşadan ilk ev-muzeyi onun Şuşada, uşaqlıq və gənclik illərinin keçdiyi evdə hələ 1959-cu ildə açılmışdı. Bu iş Üzeyir bəyin vəfatından 3 ay sonra, 1949-cu il, fevralın 16-da Azərbaycan hökumətinin qərarına əsasən Uzeyir Hacibeyovun acilis merasimi
yerinə yetirilmişdi. Bakıda isə yalnız 26 il keçdikdən sonra, o zaman Azərbaycan KP MK-nın I katibi işləyən Heydər Əliyevin yaxından köməyi və səyi nəticəsində Şamil Əzizbəyov küçəsi (keçmiş Verxni Priyutski, sonralar Ketsxoveli) ev 67-də, dahi bəstəkarın 1915-1942-ci illər ərzində yaşadığı evdə muzey təşkil olundu.1985-ci ildə qonşu həyətdəki bina da (Ş.Əzizbəyov 69) muzeyin ixtiyarına verildi.
Muzey 5 otaqdan, şüşəbənd, kinozal və yaradıcılıq görüşləri otağından ibarətdir. Birinci otaq bəstəkarın iş və qonaq otağıdır. Bu otaqda qarşılaşdığımız ilk eksponat dahi bəstəkarın Şuşada, uşaqlıq və gənclik illərini keçirdiyi evin maketidir. Divardakı şəkillərdə balaca Üzeyirin atası Əbdülhüseyn bəylə, sonra Qori müəllimlər seminariyasında oxuduğu illərdə tələbələr arasında, daha sonra isə müəllimlik etdiyi orta məktəb şagirdləri arasında görürük. 1905-ci ildən Bakıda yaşayan Üzeyir bəy Bakının Bibi - Heybət qəsəbəsində yerləşən orta məktəbdə və sonralar "Səadət"
məktəbində Ana dili, riyaziyyat, rus dili, musiqi və başqa fənlərdən dərs demişdir.
bestekarin otagi Bəstəkarın barmaqları toxunan, "Bekker" alman firmasının istehsalı olan royal - neçə-neçə əsərlərin yaranmasının şahididir. Üzeyir bəyin müsafiri olmuş bir çox musiqiçilər - Z.Hacıbəyov, M.Maqomayev, Bülbül, F.Şalyapin, S.Raxmaninov, L.Rostropoviç, R.Qlier, Ə.Jubanov, D.Şostakoviç və başqaları şirmayı dilli royalı səsləndirərək bu evin aurasında öz nəfəslərini yadigar
qoymuşdular. Bu evdə nəinki musiqiçilər, eləcə də xalqımızın tanınmış şəxsiyyətləri M.Ə.Rəsulzadə, N.Nərimanov, C.Hacıbəyli, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, C.Cabbarlı, H.Cavid, Y.Çəmənzəminli, M.Ordubadi, A.Şaiq, S. Vurğun, M. İbrahimov qonaq olmuş və dəfələrlə söz, musiqi sənəti barədə məzmunlu məclislər təşkil etmişdilər.
qeriyə irəli

Başlıq  Muzey  Bioqrafiya  Foto albom  Musiqi  Rəy kitabı