top of the site
Muzey
Royalın bir tərəfində Üzeyir bəyin ifaya həmişə müntəzir olan skripkası qoyulub. 1908-ci ildə, yanvarın 12(25)-də ilk Şərq operası sayılan "Leyli və Məcnun" un premyerasında Üzeyir bəy orkestrin heyətində bu skripkada çalmışdır. skripka
bestekarin is stolu Bəstəkarın yazı masasının üstündə yarımçıq qalmış "Azərbaycan" simfonik poemasının partiturası, bəstəkarın barmaqlarının hərarətini özündə saxlamış qədim tənbəki çubuğu, eynək, qol saatı, dəftərxana ləvazimatı - sahibinin sağlığında olduğu kimi hərəsi öz yerindədir.
Bəstəkarın dahilik, müdriklik təcəssümü olan surətinin həkk olunduğu xalça Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının bəstəkara, 60 illik yubileyi münasibətilə təqdim etdiyi hədiyyədir. Bu, xalça ustaları tərəfindən, son dərəcə nəfis şəkildə toxunmuş bir sənət əsəridir. Xalçanın mərkəzi hissəsini bəstəkarın portreti tutur; sağ və sol tərəflərində - bir tərəfdə Leyli ilə Məcnunun görüş səhnəsi, digər tərəfdə Koroğlu at belində təsvir olunmuşdur. Burada dahi Üzeyir bəyin "Leyli və Məcnun" operasından "Koroğlu" ya qədər keçdiyi böyük yaradıcılıq yolu əks edilmişdir. Xalçanın yuxarı hissəsindəki fraqmentdə Üzeyir bəyin İkinci Dünya müharibəsi dövründə bir bəstəkar kimi qızğın Azerbaycan Respublikasi Milli Elmler Akademiyasinin bestekara, 60 illik yubileyi munasibetile teqdim etdiyi hediyye
və məhsuldar fəaliyyəti göstərilir. Xalçanın aşağı hissəsində isə Azərbaycan xalq çalğı alətləri ilə Avropa çalğı alətləri birlikdə təsvir olunur. İlk dəfə Üzeyir bəy öz yaradıcılığı ilə sübut etmişdir ki, Avropa musiqi alətləri kimi milli musiqi alətlərimiz də eyni not sistemində tədris oluna bilər və hər 2 tip musiqi alətlərini birlikdə orkestrin tərkibində səsləndirmək mümkündür. Xalçanın kənarlarını Azərbaycanın xalçaçılıqla məşğul olan bütün zonalarının səciyyəvi milli ornamentləri, çeşnilər bəzəyir. Xalçada bəstəkara xalq məhəbbəti bir daha öz təzahürünü tapmışdır.
Muzeyin ekspozisiyasında nümayiş etdirilən ən maraqlı əsərlərdən biri də məşhur rus rəssamı Mixail Aleksiçin 1938-ci ildə çəkdiyi dostluq şarjıdır. Əsərdə, əynində milli geyim, əlində saz olan Üzeyir bəy Hacıbəyov o dövrün bir qrup tanınmış bəstəkarlarını, o cümlədən S.Prokofyevi, D.Kabalevskini, J.Dzerjinskini, Y.Şaporini, R.Qlieri, T. Xrennikovu və başqalarını öz ardınca aparır.
Bu şarj Üzeyir bəyin 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə qazandığı böyük müvəffəqiyyətdən sonra çəkilmişdir. Böyük bir bəstəkarlar dəstəsinin önündə gedən Üzeyir bəy sanki onları xalq ruhunda, xalqa yaxın dildə əsərlər yazmağa çağırır!
Hər dəfə bu əsərə baxanda insanın ürəyi fərəh hissilə, qürurla döyünür, sevinirsən ki, bizim milli mədəniyyətimiz, başqalarına örnək ola biləcək səviyyəyə qalxmış, xalqımızın oğlu isə bu örnəyin sahibidir.
Bu otağı bəzəyən layiqli sənət əsərlərindən biri də, Üzeyir bəyin sağlığında, görkəmli xalq rəssamı Mikayıl Abdullayev tərəfindən, 1943-cü ildə naturadan çəkilmiş portretdir. Bu rəsm əsəri Üzeyir bəyin özünün də çox xoşuna gəlirdi.
qeriyə irəli

Başlıq  Muzey  Bioqrafiya  Foto albom  Musiqi  Rəy kitabı