"Məşədi Ibad"
Hərtərəfli istedada malik, dahi bir şəxsiyyət olmuş Üzeyir
Hacıbəyov (1885-1948) cəmiyyəti ən çox narahat edən sosial
problemləri yüksək professionallıqla əks etdirmişdir.Bu baxımdan
"O olmasın, bu olsun" (1911) və "Arşın mal alan"da (1913) baş qəhramanlar
öz istədikləri şəxslərlə həyat qura bilirlər.
Üzeyir bəy həmişə qadın hüquqlarının müdafiəçisi
olmuşdur. Üzeyir bəyin qadın höquqlarının müdafiəsi ruhunda
yazdığı əsərlərinin bir çoxunu, Qərb ölkələrində
hələ qadınların səs hüququ belə olmadığı bir dövrdə
qələmə almışdır. Məhz buna görə də, onun Azərbaycanın
ən mütərəqqi yazıçılarından biri hesab edilməyə haqqı vardır.
Aydındır ki, Ü. Hacıbəyov üçün gələcək həyat yoldaşını
seçə bilmək hüququ azadlıq və müstəqillik anlayışının əsasını
təşkil edirdi. XX əsrin əvvəlində bu həlledici seçimi övladlarının yerinə
valideynlər edərdi.
1910-cu ildə o, Tiflisdə tanış olduğu Məleykə Terequlova (1893-1966)
ilə evləndi. Bu şəxsi seçim uğurlu oldu. Birgə yaşadıqları
38 il ərzində o, Ü. Hacıbəyova çox böyük dayaq olmuşdur.
"O olmasın, bu olsun" əsərində Ü. Hacıbəyov həmçinin din, ziyalılıq,
millətçilik, fırıldaqçılıq, və nökərçilik kimi müasir
məsələlərə toxunur.
Üzeyir bəy Hacıbəyovun əsərinin əvvəlində Rüstəm bəylə - müflisləşmiş
mülkədarla tanış oluruq. Rüstəm bəyin müflislikdən xilas olmaq
üçün sevimli qızı Gülnazı yerli tacirə ərə verməkdən
başqa çarəsi qalmamışdır. Bu zaman Məşədi Ibad - savadsız, köhnəpərəst, Gülnazdan 35 yaş
böyük olan, lakin təzəlikcə əlinə var-dövlət keçmiş
varlı tacir səhnədə peyda olur. Əlbəttə ki, bu evlənmək məsələsi
Gülnazı dəhşətə gətirir, o gizlincə gənc və gözəl
Sərvərə ərə getmək istəyir.
Atasının Gülnazı qoca tacirə ərə vermək qərarına gəlməsini
öyrənən zaman Sərvər özünü itirmir və qoca taciri aldadaraq,
sevgilisi ilə evlənmək üçün plan cızır. Toy günü o,
çadraya bürünür və Məşədi Ibad öz gözəl gəlinin üzünü
görmək məqsədi ilə çadranı qaldıranda dəhşətə gəlir.
Çadranın altında qadın əvəzinə kişi görür.
Tapançanı Məşədi Ibadın başına tutan Sərvər onu nigah andlarını
ləğv etməyə və əvəzində qulluqçu Sənəmlə evlənməyə məcbur edir.
Məşədi Ibad bunu çox sevinclə yerinə yetirir. Elə operettanın adı da buradan
götürülüb: "O olmasın, bu olsun". Özünə həyat yoldaşı axtaran dul tacirə bu və ya o bir o
qədər də fərq etmir.
1956-cı ildə kinorejissor Hüseyn Seyidzadə bu operetta əsasında kinossenari yazmış, və
gözəl bir film çəkilmişdir.
"O olmasın, bu olsun" operettasının yeganə lent yazısı Azərbaycan Dövlət Radiosunun Xor
və Orkestri tərəfindən ifa edilmiş və ilk dəfə 1953-cü ildə Azərbaycan radiosunda səslənmişdir.